Özbəkistan Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır - (+FOTO=5)

Özbəkistan Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, 2017-ci il 20 noyabr tarixində Özbəkistan Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyası arasında ikitərəfli konsertlər, konfranslar və mübadilə proqramları keçirilməsi üçün əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

2019-cu il 28 oktyabr tarixində Özbəkistən Dövlət Konservatoriyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sayora Qafurova, “Bəstəkarlıq və alətşünaslıq” kafedrasının müdiri, professor Oydin Abdullayeva Bakı Musiqi Akademiyasının qonağı olaraq, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova, “Bəstəkarlıq” kafedrasının müdiri, professor Aydın Əzimov ilə görüşmüşdür. Görüşdə bu təhsil ili çərçivəsində nəzərdə tutulan tədbirlər müzakirə olunmuş,

iki kafedra arası birgəlik fəaliyyəti, yeni layihələrin yaranması ilə əlaqədar razılıq müqaviləsi imzalanmışdır. Sonra isə “Bəstəkarlıq” fakültəsinə BMA-sı tərəfindən nəşr olunmuş kitablar təqdim olundu.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !