Almaniyanın bir sıra tanınmış musiqi və din adamları BMA –da professor Fərhad Bədəlbəyli ilə görüşmüşlər -

Almaniyanın bir sıra tanınmış musiqi və din adamları BMA –da professor Fərhad Bədəlbəyli ilə görüşmüşlər

 AZpress.AZ xəbər verir ki, 2019-cu il 28 oktyabr tarixində Almaniyanın tanınmış orqan alətinin ifaçısı, Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstanın Xilaskar Evangelik Lüteran icmasının episkopu Markus Şox, Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemke Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşmüşlər. Görüşdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, xalq artisti, tanınmış pianoçu, professer Yeganə Axundova, Əməkdar incəsənət xadimi, Orqan kafedrasının professoru, ilk qadın orqan ifaçısı Tahirə Yaqubova da iştirak edirdilər.

Bu görüşdə dünyada və Azərbaycanda orqan sənətinin inkişafı haqqında, Azərbaycan bəstəkarlarının orqan aləti üçün yazdıqları əsərlərdən bəhs edilmişdir. Eyni zamanda Azərbaycana gələn Almaniyanın Ştutqart şəhərinin xorunun BMA-nın tanınmış musiqiçiləri-professor və müəllim heyəti ilə birlikdə nəzərdə tutulan konsertləri barədə söhbətlər aparılmışdır.

Həmçinin BMA-ya təşrif buyurmuş qonaqlar I Beynəlxalq Orqan musiqi festivalının açılışında iştirak etmişlər. Qeyd edək ki, Almaniyanın tanınmış orqan ifaçısı Matteas Hankenin də Bakıda Kamera və Orqan musiqi zalında konserti baş tutacaqdır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !