"Holiday İnn Hotel Baku "da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsi baş tutdu - (+FOTO=22)

"Holiday İnn Hotel Baku "da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsi baş tutdu (+FOTO=22)

 "Pİ GROUP" şirkətinin təşkilatçılığı ilə 27 oktyabr "Holiday İnn Hotel Baku "da möhtəşəm mükafatlandırma,sərgi,şou və moda gecəsi baş tutdu.

AZpress.AZ xəbər verir ki, ”211 Group”, “A+S Technics”, “Flyer.az”, “Fidan Henna Weddings” ın sponsorluğları ilə uzun müddətdir maraqla gözlənilən "7 Gözəl Wedding Fashion Show & Golden Names Awards"adlı mükafat 27 oktyabr tarixində öz qaliblərinə təqdim olundu.”Holiday İnn Hotel Baku” da gerçəkləşən möhtəşəm qala,ənənəvi qırmızı xalı mərasimi ilə başlayıb.Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak ediblər.Mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etmək olub.Mükafatlandırma gecəsində il ərzində fərqlənən,yadda qalan və daha çox izlənilən,ictimai fəaliyyətləri ilə fərqlənən şəxslər təltif ediliblər. Gecədə mükafatlandırma ilə yanaşı “Beauty Time” & “Bridal Time” gəlinlik butikinin libaslarının nümayişi də baş tutub. “7 Gözəl Wedding Fashion Show & Golden Names Awards “ mükafatlandırma gecəsində Fərqanə Qasımova,Hacı Nuran,Fatimə Fətəliyeva,Aynur Kərimli,Ayaz Babayev,Bridal Time və Beauty Time mərkəzinin rəhbəri Könül Həmzəyeva, “211 Group” ,”A+S technics”, ”Flyer.az” , “Fidan Henna Weddings” şirkətlərinin rəhbərləri,incəsənət xadimləri,media nümayəndələri,televiyizalar,stilistlər,müğənnilər,kosmetoloqlar,permanent ustaları,dizaynerlər,iş adamları,həkimlər,rəqs qrupları,gəlinlik butikləri,fotoqraflar,videoqraflar,blogerlər və digər şəxslər mükafatlandırılıb. Hər zaman olduğu kimi bu dəfə də ”Azəri atəşi” rəqs qrupu qeyri adi şouları ilə yaddaşlarda qalıb.

 

Layihənin rəhbəri:Qasımov İsmayıl
İdeya müəllifi: Məmmədova Pərvanə
Musiqi direktoru:DJ Zaur
Video: “STAR GROUP PRODUCTİON”
Foto:“KARİMLİ GROUP”

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !