Bakı Musiqi Akademiyasında Barokkodan müasir dövrə qədər I Beynəlxalq Orqan musiqi festivalının açılışı oldu - (+FOTO=5)

Bakı Musiqi Akademiyasında “Barokkodan müasir dövrə qədər” I Beynəlxalq Orqan musiqi festivalının açılışı oldu (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, 2019-cu il 28 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Barokkodan müasir dövrə qədər” I Beynəlxalq Orqan musiqi festivalının açılışı oldu.

Festivalın açılış nitqində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli bütün qonaqları, həmçinin Almaniyadan gələn Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstanın Xilaskar Evangelik Lüteran icmasının episkopu Markus Şox, Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemkenidə salamladı. O, orqan sənətinin uzun illər ərzində Azərbaycanda necə inkişaf etməsindən, azərbaycanlı bəstəkarların orqan aləti üçün yazdıqları əsərlərdən söz açdı.

Daha sonra festivalın açılış proqramında BMA-nın professoru, orqan ifaçısı Rasimə Babayeva çıxış etdi. O, görkəmli bəstəkarlar - İ.S.Bax (iki xoral prelüd,Fantaziya G dur), La Kur (İntermezzo), Yonq ( Klassik stildə prelüd), Stammın (iki pyes) əsərlərini böyük məharətlə ifa edərək, tamaşaçıların zövqünü oxşadı.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !