Şabranda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstərilir -

Şabranda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstərilir

 “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək ” layihəsi davam edir.
Layihənin əsas məqsədi regionlarda gənc qızların peşələrə olan maraqlarına, qabiliyyətlərinə, psixi və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq, onların peşə-ixtisas seçiminə kömək etməkdir.
Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində - sentyabr, oktyabr və noyabr aylarında Quba, Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə 7 təlimi əhatə edəcək layihəyə 280 nəfər 15-29 yaşları əhatə edən gənc qızlar cəlb olunmuşlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı yerli fəal qadınlar, o cümlədən aktiv gənclər, QHT nümayəndələri iştirak edəcəklər.
Layihənin ilk iki tədbiri 04, 07 oktyabr 2019-cu il tarixlərində Quba rayonunda keçirilmişdir. Növbəti tədbirlər 14, 15 oktyabr tarixlərində Şabran rayonunda keçirilmişdir.
Şabran rayonu 4 saylı orta məktəbdə keçirilən tədbirdə iştirak edən gənc qızlar, öz peşələrinin seçimində bu təlimin daha da onlara kömək etdiyini və bu seçimin onların gələcək karyeralarında böyük təsir göstərəcəyini qeyd etmişlər.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !