Regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edilir! -

Regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edilir!

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Fondun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.

Bununla əlaqədar, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Cəlilabad, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Masallı, Şamaxı, Şəki, Tərtər vəZaqatala rayonlarında açılacaq Mərkəzlərə bölmə rəhbəri, könüllülər, layihələr və təlim-tədris üzrə menecer vəzifələrinə vakansiyalar elan edilir.

Gənclər Fondu qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai-sosial fəal,ali təhsilli və həmin vəzifə tələblərinə uyğun gələn gəncləri(29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Fondun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar), rəsmi elektron ünvanı və GəncApp mobil tətbiqivasitəsilə 15 noyabr 2019-cu il tarixinə qədər CV-lərini təqdim edə bilərlər.

Digər şəhər və rayonlarda açılacaq nümayəndəliklərdə vakansiyalar barədə məlumat KİV, Fondun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə mütəmadi olaraq, ictimaiyyətə çatdırılacaqdır.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !