İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, Şahmat yığmalarımız AÇ-də 8-ci və 11-ci pillədədir

Qadınlarımız turu qələbəylə bitiriblər

Batumidə (Gürcüstan) kişi və qadın şahmatçılardan ibarət komandalar arasında keçirilən Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilən və Azərbaycan komandaları da daxil olmaqla 40 kişi və 32 qadın yığmasının mübarizə apardığı çempionatda ilk 3 tura yekun vurulub. Qadın yığmamız üçün uğurlu keçən 3-cü turda kişi komandamız büdrəyib. Heyəti Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarovadan ibarət olan qadın yəğmamızın Avstriyanı 4:0 hesabla məğlub etdiyi hesabat turunda kişi yəğmamız Ukraynadan olan həmkarları ilə bacarmayıblar – 1,5:2,5. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseyinovun rəqiblə sülh bağladığı bu görüşdə Arkadi Naydiçin uduzması kişi yığmamızın məğlubiyyətinə səbəb olub.

Geridə qalan 3 turdan sonra qadınlarımız 4 xalla yarış cədvəlində 11-ci, eyni xala malik olan kişilərimiz isə 8-ci pillədə yer alıb. Bu gün kişi yığmamız 4 xalla yarış cədvəlində 7-ci olan Çüxiya komandasıyla, zəriflərimizsə isə onlarla eyni xal ehtiyatına malik olmasına rəğmən 7-ci yeri tutan Rumıniya millisi ilə qarşılaşır.

 

***

 

CÜDO

Tatami uestalarımız Abu-Dabidə 3 medal qazanıblar

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə reytinq xalı verən “Böyük Dəbilqə” turniri keçirilib. Üç gün davam edən yarışda Azərbaycan cüdoçuları ikisi gümüş, biri bürünc əyarlı olmaqla 3 medal qazanıblar. “Gümüşlər”i Orxan Səfərovla (66 kq) Zəlim Kotsayev (100 kq), bürünc müdalısa ən ağırımız olan Uşanqi Kokuari (+100 KQ) qazanıb. Medalçılarımızın keçdiyi yola gəlincə, startda israilli Tal Flikeri və ardından rusiyalı Mixail Pulyayevlə qazaxıstanlı Erlan Serikjanovu udaraq yarımfinala çıxan Səfərov bu mərhələdə isə Kuba təmsilçisi Orlando Polankonu məyus etsə də, həlledici finalda italiyalı Manuel Lombardonu üstələyə bilməyib. Onun kimi, yalnız finalda uduzan Kotsayev isə, ilk üç görüşünü vaxtından əvvəl (ipponla) başa vurduğu halda, finalda koreyalı sabiq dünya çempionu Qu-Xam Ço ilə bacarmayıb.

Bürünc medal qazanan Kokuari isə həlledici kiçik finalda ukraynalı Aleksandr Qordienkonu məğlub edib.

Təəsüflər olsun ki, bu yarışda yəğmamızın liderlərindən biri olan və dünya reytinq cədvəlinə vahid liderlik edən Rüstəm Orucov (73 kq) öz imkanlarından çox aşağı çıxış edib. 1\4 finalda uduzaraq birinci olmaq şansını itirən cüdoçumuz daha sonra isə kiçik finalda uduzmaqla “bürünc” qazanmaq şansını da əldən verərək 5-ci yerlə kifayətlənib. Hmişə bu çəkidə çıxış edən digər cüdoçumuz – Hidayət Heydərov isə Abu-Dabidə özünü 81 kq-da sınayıb. Maraqlıdır ki, startda Olimpiya çempionu Xasan Xalmurzayevi üstələyən Hidayət əvvəlcə 1\4 finalda, daha sonra isə təsəlliverici görüşdə uduzub.

Bununla da aktivinə 3 medal yazdıran Azərbaycan yığması komanda hesabında 11-ci olub. İlk üç yeri isə Cənubi Koreya (3-1-4), Hollandiya (2-1-1) və Sloveniya (2-1-0) bölüşüb.

Qeyd: “Böyük Dəbilqə”də ilk üç yeri tutan cüdoçular müvafiq olaraq, aktivləriniə 1000, 700 və 500 reytinq xalı yazdırıb. 5-ciyeri tutan 360, 7-ci yerin sahibi isə 260 xal qazanıb.

 

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !