AMEA-nın prezidenti vəzifəsinə seçkinin nəticəsi açıqlandı - (+FOTO=4)

AMEA-nın prezidenti vəzifəsinə seçkinin nəticəsi açıqlandı (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, oktyabrın23-dəAzərbaycan Milli Elmlər AkademiyasınınÜmumi yığıncağındaAMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Səsvermədə AMEA-nın 55həqiqi üzvü iştirak edib.

Ümumi yığıncaqda hesablayıcı komissiya yaradılıb, komissiyanın sədri akademik Urxan Ələkbərov təyin olunub.

Sonra gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.

AMEA-nın yeni prezidenti akademik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

AMEA-nın son illər mühüm nəticələr əldə etdiyini vurğulayan akademik AMEA alimlərini öz fəaliyyətlərində daha işgüzar və məsuliyyətlə çalışmağa çağırıb, öhdəsinə düşən vəzifələri bundan sonra dalayiqincə yerinə yetirməyəsəsləyib.Akademik Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə minnətdarlığını bildirib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !