BDU-da əməkhaqları artırıldı -

BDU-da əməkhaqları artırıldı

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !