NASA Space Apps Azerbaijan hakatonunun qalibləri müəyyənləşdi - + FOTO=19 (Rüstəm Fərman - AZpress.AZ)

“NASA Space Apps Azerbaijan” hakatonunun qalibləri müəyyənləşdi + FOTO=19 (Rüstəm Fərman - AZpress.AZ)

AZpress.AZ xəbər verir ki, “Azərkosmos” ASC, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, Lenovo şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə 18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhələsi baş tutub. 25 komanda ümumilikdə isə 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıblar.

Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi olub. Beləliklə, birinci yerin qalibi “ICARUS” komandası, ikinci yer “SpaceSetup ⃰ " komandası, üçüncü yer isə “Ulduz Station” komandası olub.

Hakatonun qalibləri beynəxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim ediblər. Azərbaycanda ilk dəfə keçirilən “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaradıb. Bununla yanaşı, hakaton iştirakçılara əslində kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.

Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir. Bu kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən “NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.

Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın “Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Dr.Anna Verbisker tərəfindən master klas keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edib: “Bu gün planetimizdə baş verən dinamik proseslər, texnoloji yeniliklər planetimizi qorumaq üçün bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Azərbaycanlı gənclərinin də NASA tərəfindən keçirilən bu təşəbbüsdə iştirakı olduqca sevindirici haldır”.

“NASA Space Apps” hakatonunun maraqlı cəhətlərindən biri də odur ki, iştirakçılar tapşırıqları hazırlayarkən NASA-nın resurslarının cəmləşdiyi ümumi platformadan istifadə edə biliblər. Digər tərəfdən hakatonun təbii iş mühitindən uzaq, rahat və əyləncəli bir mühitdə təşkili komandaları qalibiyyət uğrunda mübarizəyə daha da həvəsləndirib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !