Macarıstanın Milli Günü – - İnqilabın 63-cü ildönümü mübasibəti ilə Səfirlik rəsmi qəbul təşkil edib+ FOTO=63 (Rüstəm Fərman - AZpress.AZ)

Macarıstanın Milli Günü – İnqilabın 63-cü ildönümü mübasibəti ilə Səfirlik rəsmi qəbul təşkil edib+ FOTO=63 (Rüstəm Fərman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, səfir Viktor Szederkenyi çıxışında ölkəsinin keçdiyi azadlıq yolundan söz açıb, 23 oktyabrın hər il macarların azadlıq günü kim i qeyd edildiyini vurğulayıb: “Azadlıqdan zövq almaq üçün ilk növbədə siyasi sabitliyə ehtiyac var. 30 ildir seçkilərimiz Konstitusiyamızın müəyyən etdiyi dövrə uyğun keçirilib, növbədənkənar seçkilər keçirilməyib, hökumətlər dəyişib və vətəndaşların istəyi ilə yenidən seçilib”. Səfir deyib ki, azadlıqdan zövq almaq üçün iqtisadi sabitliyə ehtiyac var, bu gün ÜDM-ın artımı 5 faizdir: “Azadlıqdan zövq almaq üçün hər bir vətəndaşın şəxsi sabitliyində əks olunan sosial dəstəyə ehtiyac var. Mövcud işsizlik nisbəti 3 faiz civarındadır və bu il hökumət tərəfindən uşaqlı ailələrə dəstək verilib. Azadlıqdan zövq almaq üçün sabit beynəlxalq münasibətlərə ehtiyac var” deyən səfir Macarıstanla Azərbaycan arasındakı əlaqələrə toxunub. Ölkələrimiz arasında həm strateji, həm də dostluq əlaqələrinin olduğunu xatırladan diplomat deyib ki, Azərbaycan bu bölgədəki əsas tərəfdaşımızdır. Siyasi əlaqələr yüksək səviyyədədir, ikitərəfli iqtisadi əməkdaşlıq üçün potensial böyükdür: “Biz Avropanın enerji təhlükəsizliyində Azərbaycan üçün statreji rol oynayırıq”. Viktor Szederkenyi deyib ki, bu il 270 azərbaycanlı tələbə Macarıstan unuversitetlərində təhsil alır. Bu tələbələrin əksəriyyəti Macarıstan dövləti tərəfindən maliyyələşən “Stipendium Hungaricum” proqramı vasitəsilə təhsillərini davam etdirir.

Azərbaycan hökuməti adından macar xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycan Respublikası Əmək və Sosial Təminat naziri Sahil Babayev deyib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bu əlaqələrin mərkəzində ölkə başçılarının siyasi iradəsi durur. Nazir deyib ki, bu günə kimi Birgə Hökumətlərarası Komissiyanın 6 iclası keçirilib və növbəti iclasın 2020-ci ilin əvvəllərində Budapeştdə keçiriliməsi nəzərdə tutulub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !