Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyi keçirildi -

Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyi keçirildi

 AZpress.AZ xəbər verir ki, oktyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində 

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirildi.

CANLI  YAYIM    >>>  >>>   >>>   >>>

***

 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə "Xalq qəzeti"nin üç əməkdaşının - tanınmış qələm sahibləri Tahir Aydınoğlunun, İlqar Həsənovun və Namiq Əhmədovun 60 illik yubileylərinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açmış, yubilyar jurnalistlərin həyat və yaradıcılığından danışmışdır. Tahir Aydınoğluna, İlqar Həsənova və Namiq Əhmədova Azərbaycan Mətbuat Şurasının diplomları, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyələri təqdim olunmuşdur. Yubiley məclisinin iştirakçılarından Məzahir Süleymanzadə, Aqil Abbas, İradə Tuncay, İttifaq Mirzəbəyli, İzzət Rüstəmov, Mahmud Mahmudov, Şəddat Cəfərov, Ramiz Məmmədzadə, Rəşad Məcid, Allahverdi Məmmədli, Ağalar Bayramov, Zərifə Bəşirqızı, Qənimət Səfərov, Bəbir Hüseynov, Rauf Ağayev və başqaları çıxış etmişlər. Çıxışlarda üç dostun, üç yubilyarın yaradıcılıq uğurlarından bəhs edilmiş, xatirələr söylənilmişdir. Göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlığını bildirən yubilyar jurnalistlər yaradıcılıq planlarından danışmışlar. Axırda xatirə şəkilləri çəkilmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !