ADMİU Təhsil sərgisində iştirak edib - (+FOTO=5)

ADMİU Təhsil sərgisində iştirak edib (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 10-12 oktyabr tarixlərində keçirilən XIIIAzərbaycanBeynəlxalqTəhsilSərgisində (“EduExpo”) iştirak edib. 22 ölkədən 150-dən çox təhsil qurumunun qatıldığı möhtəşəm sərgidə ADMİU Azərbaycanda incəsənət təhsilinin müxtəlif istiqamətləri üzrə nailiyyətləri təqdim edib. Təhsil sərgisində ADMİU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr - aktyor, rejissor, operator, xanəndə və rəssamlarin cəsənətin müxtəlif sahələri üzrə nümunələr təqdim ediblər. Sərgidə dosent Aysel Əzizovanın rəhbərliyi ilə hazırlanmış Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət “Qarabağ rüzgarı” adlı geyim kolleksiyası təqdim olunub. Rəssam və aktrisa tələbələrin nümayiş etdirdikləri kolleksiya Qarabağın mədəni sərvətlərinin zəngin bədii interpretasiya imkanlarının müasir geyim dizaynı sahəsinə tətbiqi baxımından iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgi milli muğam üçlüyünun ifa etdiyi Qarabağ şikəstəsi ilə müşayiət olunub. Tədbirdə Kino və televiziya, Musiqi sənəti, Teatr sənəti fakültələrinin, eləcə də SABAH qruplarının tələbələri fəal iştirak ediblər. Onlar etüdlər göstərib, müxtəlif musiqi nömrələri, həmçinin mütəfəkkir şair İmadəddin Nəsiminin əsərlərindən nümunələr səsləndiriblər”.

ADMİU-nun kollektivi sərgidə ali təhsil müəssisələrinin stendləri ilə tanış olub, təhsil sahəsindəki yeniliklərlə maraqlanıb, həmçinin xarici universitetlərin nümayəndələri ilə əlaqə qurmaq, imkanı əldə ediblər. Gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platforma olan təhsil sərgisinin yaratdığı imkanlardan istifadə edən ADMİU kollektivi sərgiyə qatılan xarici ölkə universitetlərinin təmsilçiləri ilə faydalı işgüzar görüşlər keçirib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların keçirilməsi kimi məsələlər müzakirə olunub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !