Ağcabədidə Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir - +ViDEO+FOTO=37 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədidə Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir +ViDEO+FOTO=37 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 Oktyabr ayının 18-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbiri Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü Şahin Məmmədov açaraq Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümünün uzun illər xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olduğunu, bu dövrlər ölkədə qazanılan hərtərəfli nailiyyətlərin, dövlət quruculuğunun, dayanıqlı inkişafın, əmin-amanlığın, əhalinin maddi rifah vəziyyətinin yüksəlməsi ilə səciyyələnən tarixi illər olduğunu vurğulamışdır.
Azərbaycan Dövlət Müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Natiq qeyd etmişdir ki, bu uğurların qazanılmasında Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın uzun illər arzusunda olduğu müstəqilliyin əldə edilməsi, həmçinin qorunub saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi, müstəsna olaraq Ulu Öndərin xidməti sayəsində mümkün olmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müşaviri, polkovnik Abdulla Qurbani, “N” saylı korpusun komandir müavini polkovnik Elşad Əbülov, “N” saylı hərbi hissənin zabiti Xəyyam Həsənov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, qanlar bahasına əldə edilmiş müstəqilliyimizin qorunması üçün azərbaycan əsgərinin daim hazır olduğunu və Milli ordumuzun buna qadir olduğunu qeyd etmişlər.
Çıxış edəm natiqlər eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyun 2019-cu il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medali ilə təltif edilmiş, Qarabağ uğrunda döyüşlərdə 1994-cü ildə sücaət göstərmiş keçmiş döyüşçü Vəliyev Elçin Əjdər oğlunu təltif münasibətilə təbrik etmiş, onun qəhrəmanlıq ənənələrinin Azərbaycan əsgəri üçün örnək olduğunu bildirmişlər, Tədbirdə E.Vəliyevə “Hərbi xidmətlərə görə” medalı və “H” saylı hərbi hissənin hədiyyəsi təqdim edilmişdir.
Keçmiş döyüşçü Elçin Vəliyev çıxış edərək aradan uzun illər keçdikdən sonra arxiv materiallarının araşdırılması nəticəsində onun göstərdiyi sücayətə görə Prezident tərəfindən medalla təltif olunmasına görə cənab Prezidentə öz təşəkkürünü bildirmiş, eyni zamanda Ali Baş Komandanın əmri ilə oğlanları ilə birlikdə yenidən döyüşə atılmağa və işğalda olan torpaqlarımızı azad etməyə hazır olduğunu bəyan etmişdir.

Tədbirdə Heydər Əliyev Mərkəzinin həvəskar aktyorluq və bədii qiraət kursunun bir qrup üzvünün iştirakı ilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı ədəbi-bədii şeir kompozisiyası nümayiş edilmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !