KOICA və Azərbaycanlı Məzunlar Assosiasiyası uşaqların diş sağlamlığını dəstəkləmək və yaxşılaşdırmaq üçün tərəfdaşlığı gücləndirir - (+FOTO=8)

KOICA və Azərbaycanlı Məzunlar Assosiasiyası uşaqların diş sağlamlığını dəstəkləmək və yaxşılaşdırmaq üçün tərəfdaşlığı gücləndirir (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) uşaqların diş sağlamlığını dəstəkləmək və yaxşılaşdırmaq üçün tərəfdaşlığı gücləndirir.

Azərbaycanda əhalinin 90-95% -i kariesdən əziyyət çəkir və uşaqlar bu göstəricinin əsas hissəsini təşkil edirlər. Uşaqlar, xüsusilə uşaq evlərində yaşayan uşaqlar bu sahədə ciddi problemlərlə üzləşirlər. Azərbaycanda uşaq evlərinin 90% -ində stomatoloji kabinetlər yoxdur. Halbuki, uşaqların dişləri süd dişləri tökülənə qədər ciddi tibbi nəzarət altında olmalıdır. Üfüq Xeyriyyə Cəmiyyəti 2002-ci ildə ehtiyacı olan uşaqların dişlərinin tam müalicəsi və profilaktik müalicəsini təmin etmək üçün Səyyar Diş Klinikasını istifadəyə vermişdir. Hal-hazırda Səyyar Diş Klinikası ehtiyacı olan uşaqlara yalnız müayinə və diaqnoz xidmətləri göstərmək iqtidarındadır belə ki, Cəmiyət diş ləvazimatları və alətləri almaqda çətinlik çəkir, bu səbəbdən tam müalicə deyil, profilaktik müalicəxidməti göstərir. Bununla əlaqədar 18 oktyabrda KOICA və KOAZ uşaq evlərində və qaçqın düşərgələrində yaşayan uşaqların diş sağlamlığını yaxşılaşdırmaq üçün Üfüq Xeyriyyə Cəmiyyətinin Səyyar Diş Klinikasına lazımi dental ləvazimatlar bağışladı. KOICA hər zaman insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirir və bir çox ölkələrdə bu cür sosial layihələri mütəmadi olaraq dəstəkləyir, çünki uşaqların sağlamlığı ən vacib amildir.

Üfüq Xeyriyyə Cəmiyyətinin sədri cənab Akif Əhmədov KOICA-ya təşəkkürünü bildirdi və Səyyar Diş Klinikasının məqsədinin uşaqların, xüsusən uşaq evlərində və qaçqın düşərgələrində yaşayanların sağlamlığının qorunması olduğunu vurğuladı, və klinikanın təkcə Bakıda deyil, bölgələrdə yerləşən uşaq evlərində də xidmətlər göstərdiyini bildirdi.

KOICA Azərbaycanlı Məzunlar AssosiasiyasıDirektoru xanım Vəfa Yaqublu qeyd etdi ki, uşaqların sağlamlığının qorunması hər birimizin borcudur. KOAZ uşaqların sağlam, xoşbəxt və firavan qalması üçün əlindən gələni edəcəkdir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !