Mövzu: - Bank BTB ASC 2019-cu ilin 9 aylıq maliyyə nəticələrini açıqladı

Mövzu: Bank “BTB” ASC 2019-cu ilin 9 aylıq maliyyə nəticələrini açıqladı

 AZpress.AZ xəbər verir ki, Bank “BTB” ASC maliyyə göstəricilərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edərək, 3-cü rüb üçün maliyyə göstəricilərini açıqladı.

Belə ki, bank 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon manat xalis mənfəət ilə başa vurub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 817 min manat və ya 83 % artıb.

Nəticədə Bank BTB2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin 9 ayının nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 311 milyon 957min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.03 %-ə yaxın artım deməkdir.

Qeyd edək ki, dövr ərzində əmanətlərdə 3% artım qeydə alınıb və nəticə etibarilə əmanət portfeli 119 milyon 549 min manatadək yüksəlib.

Bank BTB-nin faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 121 min manat artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manat təşkil edib.
2019-cu ilin növbəti rübü üçün digər müsbət göstərici bank müştərilərinin sayının 24% artmasıdır.

Daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən Bank BTB, yanvar-sentyabr 2019-cu il tarixləri arasında müştərilərinə kredit verməkdə davam etmiş və nəticə etibarilə dövr ərzində kredit portfelini 23% artıraraq ümumi kredit portfelini 217 milyon 675 min AZN-dəkyüksəltmişdir. Yeni inkişaf strategiyasına əsasən Bank BTB müştərilərə rəqabət qabiliyyətli məhsullar təklif etməklə istehlak, mikro və KOS sahəsində payını daha da artıraraq, bazarda öz mövqeyini gücləndirmək üzərində çalışır.

Bank BTB korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bank fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişləndirərək, bir çox əməliyyatların dövriyyəsinin artmasına da müsbət təsir göstərmişdir. Statistikaya əsasən, son 9 ay ərzində Bank BTB-nin bütün növ ödəniş kartları üzrə ümumi dövriyyəsi 98 milyon AZN (keçən ilin eyni dövri ilə müqayisədə 59,4 % artım) həcmini ötüb.
Qeyd olunan görstəricilərlə yanaşı Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı 3-cü rüb ərzində 7% artaraq 53%-ə çatmışdır.

Bankın ən əsas aktivləri, yəni Bank BTB-nin işçilərinin sayı ilin əvvəlindən 8% artmışdır. Bu, bankın yeni strateji inkişaf planına uyğun olaraq komandanın böyüməsinin göstəricisdir.

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 13 filial, 3 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür. 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !