II ANİMAFİLM – Bakı Beynəlxalq Animasiya Festivalı mətbuat konfransı - (+FOTO=1)

II ANİMAFİLM – Bakı Beynəlxalq Animasiya Festivalı mətbuat konfransı (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Builki festival tanınmış ssenari müəllifiRüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) (əsas tərəfdaş və baş sponsor), Çexiya Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin, “Çinar Yayımları” nəşriyyatının, Azərbaycandakı Fransız İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

İkinci ANİMAFİLM-in mövzusu Çexiya animasiyasıdır. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunacaq. Festivalın plakatını da çexiyalı animasiya rejissoruFilip Poşivaç işləyib hazırlayıb.

Üç günlük festivalda Azərbaycanın animasiyasının 50 illiyinə həsr olunmuş konfrans keçiriləcək, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Əvvəlki ildəki kimi müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunacaq. Vorkşopları fransız və yunanıstan animatorları aparacaqlar. Festivalın gedişində münsiflərin proqramlarının, yunan və çexiya animasiyalarının təqdimatları, müsabiqə proqramları və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Builki festivalda yenilik edilərək uşaqlardan ibarət münsiflər heyəti yaradılıb. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirib. Festivalın şərtlərinə görə“Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini həmin 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

ANİMAFİLM-2019-un şüarı "Ənənə və inkişafa yeni baxış"dır. Builki festivalda müraciətlər ən böyük beynəlxalq kinofestivallar platforması olan FilmFreeway vasitəsilə aparılıb.

Film və ssenarilər üzrə müsabiqə kateqoriyaları aşağıdakılardır:

• Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)

• Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)

• Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari

Seçim komissiyasının qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.

Beynəlxalq münsiflər heyətinə 1-ci ANİMAFİLM-in “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi rəhbərlik edir.

ANİMAFİLM festivalının təşkilat komitəsi bu il Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıq qayıq” mükafatına eyni zamanda iki korifeyimizi – Firəngiz Qurbanova və Elçin Hami Axundovu mükafatlandırmaq qərarına gəlib.

Festivalın müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olub. Müsabiqələrin qalibləri festivalın sonuncu günü – oktyabrın 20-də bəlli olacaq.

Builki festivalın azərbaycan və ingilis dillərində müsabiqə iştirakçıları, təqdim olunan filmlər və ssenarilər haqqında annotasiyalar olan rəngli kataloqu da işıq üzü görüb. Kataloqun elektron versiyasını, festival proqramını və həmçinin, festival haqqında daha ətraflı məlumatı festivalın rəsmi www.animafilm.az saytından yükləyib tanış olmaq olar.

Festival üç gün – oktyabrın 18-dən 20-dək müddətdə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Kino Evində keçiriləcək. Ünvan: Bakı, Həsən Seyidbəyli küçəsi, 18 (İçərişəhər m/s).
Festivalın bütün tədbirlərinə giriş sərbəstdir.

ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dır.


Rəşid Ağamalıyev

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !