Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub - (+FOTO=7)

Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub (+FOTO=7)

 Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Andrey Dementyevin Azərbaycan haqqında hər zaman gözəl təəssürat və bilgiyə malik olduğunu deyən rejissor onun dəfələrlə ölkəmizə səfərə gəldiyini qeyd edib. Bildirib ki, Andrey Dementyev sonuncu dəfə Azərbaycanda beş il əvvəl görkəmli şair Mixail Lermontovun 200 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

“Bu tədbirdə çıxış edən zaman Andrey Dementyevə gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları çox bəyəndiyini deyir. Şeirlərin müəllifinin gələcəkdə böyük yaradıcılığa malik olacağını söyləyir. Beləliklə, həmin şeirlərin müəllifi olan Leyla xanım Əliyevanın ilk şeirlər kitabı çap edilir”, - deyə O.Şommer vurğulayıb.

Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir.

Sonra qonaqlar filmə baxıblar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !