Mirsamir Məmmədov: - "2003-cü ilin 15 oktyabrı müasir Dövlətçilik tariximizin qızıl hərflərlə yazıldığı gündür"

Mirsamir Məmmədov: "2003-cü ilin 15 oktyabrı müasir Dövlətçilik tariximizin qızıl hərflərlə yazıldığı gündür"

 Müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən, 16 il ötür. 2003-cü ilin bu günkü günü, 15 oktyabr tarixində keçirilən seçkidə böyük qalibiyyətlə cənab İlham Əliyev dövlət başçısı seçildi. 2003-cü ilin 15 oktyabr prezident seçkisinin ümumi şüarı belə idi: "Sənin səsin həlledicidir 15 oktyabr!" Bəli söhbət səhhətində yaranan problemlərə görə, mərhum prezident‚ xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin namizədliyini geri götürdüyü üçün ölkənin taleyinin həllindən gedirdi. Dahi şəxsiyyətin səhhətində yaranan problemlərə görə seçkiyə qatıla bilməməsi xalqımızın taleyi baxımından ciddi narahatlıq yaradırdı. Belə olan halda dövlət başına Ulu Öndərin siyasi yolunu uğurla davam etdirə biləcək‚ Ümumilli Liderin qurub yaratdığı müasir Azərbaycanı onun kimi idarə edə biləcək, xalqın qayğısına onun kimi qala biləcək layiqli bir şəxsə‚ xalqımızın maraqları baxımından təcili ehtiyac vardı. Və bu şəxs hazırkı dövlət başçısı möhtərəm cənab İlham Əliyev idi. Məhz bu səbəbdən, xalqımızın taleyinin həlli baxımından, 15 oktyabr seçkisi elə xalqımızın öz taleyini əbədi sığortalayacağı bir gün idi. Bunun üçün "15 oktyabr"ın səsi həqiqətən həlledici idi. Xalqımızın taleyinin dahi lider Heydər Əliyevdən sonra növbəti dəfə həll olunacağı gün idi. Təbiiki bunu çox gözəl anlayan Azərbaycan xalqı hamı bir nəfər kimi seçkiyə axışdı və hər kəs İlham Əliyev dedi. Bu həlledici günün sonunda ölkənin o zamankı baş naziri, İlham Heydər oğlu Əliyev xalqın yekdil qərarı və səsi ilə rəqibləri qarşısında möhtəşəm bir qələbə qazandı. Məhz xalqın iradəsi və xalqın istəyi ilə bu gün reallaşdı və Ümummilli Liderdən sonra dövlət başına gələn möhtərəm cənab İlham Əliyev Ulu Öndərin dövlətçilik dəyərlərinin qorunması, xalqımızın bütün maraqlarının təmin olunması yolunda uğurlu fəaliyyətlərə başladı. Məhz möhtərəm İlham Əliyevin parlaq və uzaqgörən siyasəti sayəsində hələ dünyaya yenicə tanıdılmış Azərbaycana yüksək investisiyalar qoyulmağa və xarici kapitalın axını başladı. Cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu strategiyaları nəticəsində ölkə iqtisadiyyatı sürətlə yüksələrək region ölkəri arasında ən qüdrətli ölkə statusuna nail oldu. Azərbaycanın sürətli inkişafı, əldə etdiyi uğurlar, prezident İlham Əliyevin xidmətlərinin parlaq göstəricisidir. Bu gün Azərbaycandakı siyasi sabitlik prezident İlham Əliyevin apardığı mükəmməl siyasətin bəhrəsidir. Prezident seçildiyi gündən hər bir Azərbaycanlının sevimlisi olan cənab İlham Əliyev, hər zaman xalqın xidmətində olmuş, daim xalqın maraqlarını, madi rifah halının yüksəldilməsini düşünmüş və bu amallara xidmət etməkdədir. Ölkəmizin son 16 ildən bəri sürətli inkişafı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin açıq təzahürüdür. Hələ Ulu Öndərin Azərbaycanda qurduğu yüksək demokratiya, tolerantlıq bütün dünyaya örnəkdir ki, bu dəyərlər dövlət başçısı tərəfindən yüksək səviyyədə qorunaraq daha da inkişaf etdirilmişdir.

M. Məmmədov
Politoloq

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !