Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub - (+FOTO=11)

Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub (+FOTO=11)

 AZpress.AZ xəbər verir ki, oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub.

Qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olub, türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxıblar.

Qonaqları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib. Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq miqyasda təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O əlavə edib ki, yeni istifadəyə verilmiş binada bütün türk xalqlarının mədəniyyəti, tarixi, zəngin iris ilə bağlı tədbirlər keçiriləcək.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, türk dilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə qəbul edilib. Həmin qərar 2010-cu il sentyabrın 16-da İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan hökumət başçıları tərəfindən qəbul edilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !