Zərdab şəhərində Zərdabi yolu Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi - (+FOTO=4)

Zərdab şəhərində “Zərdabi yolu” Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, 12.10.2019-cu il tarixdə Zərdab şəhərində “Zərdabi yolu”Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi. Xatırladaq ki, “Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım”adlı layihəsinin icrasını davam etdirir.

Tədbiri “Zərdabi yolu” Tədris Mərkəzinin rəhbəri Natiq Eyvazov açaraq, ölkədə vüsət alan könüllülük hərəkatından, layihənin əhəmiyyətindən danışdı və sözü layihə rəhbəri Vəfa Xəlilliyə verdi. Layihənin rəhbəri Vəfa Xəlilli layihə barədə geniş məlumat verdi. Sonra Vəfa Xəlilli hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donar barədə məlumatlar verdi və könüllülük fəaliyyətinin vacibliyi gənclərə çatdırıldı. Təşkilatın sədr müavini Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş məlumat verdi. Tədbirdə vurğulandı ki, ölkədə vüsət alan könüllülük hərəkatına region gəncləri bu layihə sayəsində böyük töhfə verəcəklər.

Daha sonra könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olundu, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olundu. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə 20 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu.

 

Vəfa Xəlilli

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !