Külli miqdarda narkotik vasitə aşkar edildi - (+FOTO=1, +VIDEO)

Külli miqdarda narkotik vasitə aşkar edildi (+FOTO=1, +VIDEO)

 AZpress.AZ xəbər verir ki, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5 kiloqram 26 qram olan narkotik vasitə-həşiş aşkar edilib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !