Qəhrəman haqqında yeni layihə… -

Qəhrəman haqqında yeni layihə…

AZpress.AZ xəbər verir ki,

12 oktyabrda Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Xalq artistləri, tanınmış sənət adamları, şairlər, jurnalistlər, dövlət adamlarının iştirakı ilə əfsanəvi kəşfiyyatçı-döyüşçü ,Türk Dünyasının qəhrəmanı İbad Hüseynovun qəhrəmanlıgına həsr edilmiş, şeir, poema və marşlardan ibarət albomların təqdimat mərasimi keçirildi . Albomda Səyyad Əlizadə, Ayşən Mehdiyeva, Amin Şah İbad Hüseynovun qəhrəmanlıgına həsr edilmiş müxtəlif şairlərin şeirlərinə bəstələnmiş mahnı və marşları ifa ediblər.Digər albomda isə qiraət ustası , əməkdar artist Agalar Bayramov qəhrəmana həsr edilmiş "Qurd balası" poemasını , Xalq şairi Nəriman Həsənzadənin , Gülşən Behbudun, Könül Vəliyevanın, Ruslan Laçınlının, Vaqif Cəfərlinin və bir çox tanınmış şairlərin şeirlərini səsləndirib.Layhənin rəhbəri sevilən sənətkarımız Səyyad Əlizdədir
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan-Türkiyə evinin rəhbəri Tənzilə Rüstəmxanlı, “525” –ci qəzetin baş redaktotu Rəşad Məcid, , Hacı Nuran Hüseynov, İncəsənət Universitetinin müəllimi ,Əməkdar artist Agalar Bayramov, Xalqmızın sevilən artistləri Flora Kərimova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Baloglan Əşrəfov, Yusif Mustafayev , Zakir Əliyev ,Türkiyəli şair –yazar İmdat Avşar, Türk Ədəbiyatı Dərnəyinin rəhbəri Özcan Ünlü çıxış etdilər . Türkiyəli rəssam tərəfindən çəkilib göndərilmiş maraq doguran rəsm əsərini qəhrəmana Türk Ədəbiyatı Dərnəyinin rəhbəri Özcan Ünlü təqdim etdi.
Tədbirdə Slavyan Universitetinin müəllimi İlyas Hüseynov, 286 nomrəli məktəbin direktoru Samir Mehdizadə, Təhsil Şurasının üzvü Böyükaga Mikayıllı, Abşeron rayon Agsaqqalar Şurasının sədri Nadir İsmayılov, Abşeron rayon Saray qəsəbəsinin 3 saylı orta məktəbin müəlliməsi Sevil Əmrahova ,Vəkillər Kollegiyasının üzü Arslan Mikayılov, sevilən xanəndəmiz Mirələm Mirələmov ,QHT rəhbərləri Fatimə Hacıbəyli, Ruhiyyə Məmmdova, Asmaniyyə Şirəliyeva,Tanınmış kinoşünas Adil Qulamov,şair Yusif Nəgməkar, Vaqif Bəhmənli, Pünhan İsmayıllı , Qarabag müharibəsi iştirakçıları və bir çox mətbuat adamları iştirak edirdilər. Tədbirdə şeir, poema və marşlardan ibarət audio-disklərdən mahnılar və şeirlər səsləndirildi. Sonda qəhrəmana söz verildi. Qəhrəman İbad Hüseynov döyüş yolundan danışdı və bu gün ona diqqət göstərən hər kəsə minnətdarlıgını bildirdi .
Tədbirin aparıcısı və təşkilatçıcı Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şairə -jurnalist Gülşən Behbud sonda iştirfak edən hər kəsə öz təşəkkürünü bildirdi. 

FOTO-müxbir: Mahir Əhmədov (050 554 3423)
ViDEO-müxbir: Məhərrəm Abbasov

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !