Ağcabədiə hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir - +FOTO=69 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədiə hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir +FOTO=69 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

  9 oktyabr 2019 – cu il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir.

Gənc çağırışçılar əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin həyətində davam etmişdir.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən qorumaq üçün döyüşmək və bu uğurda canını sevə sevə vermək müqəddəs bir vəzifədir.
Rayon rəhbəri bir daha bütün hərbi xidmətə yollanan gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı.
.

Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədilər, onlara uzun ömür, can sağlığı arzuladılar və qeyd etdilər ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində işğal altında olan 20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə yeni qələbələr əlavə edəcəyik.

Tədbir rayon Ağcabədi Regional Mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir. rayon Mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !