Ağcabədidə poçt işçilərinin peşə bayramı qeyd olundu - +FOTO=17 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə poçt işçilərinin peşə bayramı qeyd olundu +FOTO=17 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

  AZpress.AZ – xəbər verir ki, 9 oktyabr 2019-cu il tarixdə saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin önündə poçt işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.

Tədbir İştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva poçt işçilərini təbrik edərək qeyd etdi ki, əlaqələrinin ilkin növü olan poçtun yaranma tarixi çox qədimdir. Bəşər sivilizasiyasının ilkin mərhələlərində quşlar, sonralar isə qasid və çaparlar vasitəsi ilə həyata keçirilən poçt rabitəsi inkişaf və təkmilləşmə prosesinə əsasən 16-cı əsrdən başlamış, İngiltərə, Fransa və digər ölkələrdə Kral poçtları yaradılmışdır. Beynəlxalq poçtun vahid qaydada qəbulu, tərtib olunması, daşınması və ölkə ərazisindən tranzit kimi istifadə edilməklə göndərilməsi isə 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində 22 ölkənin iştirakı ilə yaradılan Ümumdünya Poçt Xidmətləri İttifaqı ilə tənzimlənmişdir. Ölkəmiz də 1993-cü ildən bu beynəlxalq quruma üzv qəbul olunmuşdur. Artıq neçə vaxtır ki, dünyanın bütün ölkələrində olduğu kimi, Ümumdünya Poçt Günü respublikamızda da qeyd olunur.

Tədbirin sonunda poçt sahəsində uzunmüddətli və nümunəvi fəaliyyətlərinə görə bir qrup əməkdaşa Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı təqdim edildi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !