İranda 40 il sonra ilk -

İranda 40 il sonra ilk

 Qadınlar stadiona axışdılar

İranda 40 il sonra ilk dəfə olaraq qadınlara futbol matçını stadiondan izləməyə icazə verilib.1979-cu ildə baş verən inqilabdan qısa müddət sonra qadınların stadionlara girişi yasaqlanmışdı.

Qadın azarkeşlər 2022-ci ilFIFA Dünya Kuboku çərcivəsində C qrupunda yarışan İran -Kamboça oyununa Tehrandakı Azadi stadionunda canlı baxıblar.Tribunlarda 3500-ə yaxın qadın olub.

İranlı qadınların stadiona yolu bir müddət öncə baş verən insidentdən sonra açılıb. Belə ki, bir neçə ay öncə gizli yollarla stadiona girməyə çalışan və yaxalanan, "mavi qız" ləqəbli Səhər Hudayari qadağaya etiraz olaraq özünü yandırmışdı.

Özünü yandıraraq etiraz edən "Mavi qız” ləqəbli Səhər Xudayari üçün "Mavi qız, yerin boşdur” şəklində sloqan açınca, mühafizəçilər bunun davam edəcəyi təqdirdə onları stadiondan çıxaracağı ilə təhdid edib.

Qadınlardan birinə olunan polis müdaxiləsi qarşıdurmaya səbəb olub və qadın azarkeşlərdən bir neçə polis tərəfindən saxlanılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !