Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib - +FOTO=14 ( Bağırzadə Əqdəs - AZpress.AZ )

Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib +FOTO=14 ( Bağırzadə Əqdəs - AZpress.AZ )

 AZpress.AZ xəbər verir ki, Fransa səfirliyində Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros qeyd edib ki, 2012-ci ildə Bakıda təşkil olunmuş Fransa inciləri sərgisinin keçirilməsi, 2017-ci ildə İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş olunması, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin keçirilməsi Çingiz Fərzəliyevin Fransa-Azərbaycan mədəni əlaqələrinə verdiyi töhfələrdir.

"İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə verilir. Bu ordenin verilməsi sizə göstərdiyimiz hörmətin göstəricisidir", - deyə səfir bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !