Zərdabda Region gənclərindən könüllülük hərəkatına ilk addım adlı layihənin təqdimatı keçirildi - (+FOTO=5)

Zərdabda “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihənin təqdimatı keçirildi (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, 09.09.2019-cu il tarixdə Zərdab Rayon Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Region gənclərindən könüllülük hərəkatına ilk addım”adlı layihənin təqdimatı baş tutdu.

Layihə barədə layihənin rəhbəri Vəfa Xəlilli geniş məlumat verdi. Sonra təşkilatınsədr müavini Eldar Xəlilov danışdı.Sonra Vəfa Xəlilli hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donor barədə, həmçinin Fondun hazırladığı Gəncapp mobil tətbiqi haqqında məlumatlar verdi və könüllülük fəaliyyətinin vacibliyi gənclərə çatdırıldı. Və gənclərə Azərbaycan Gənclər Fondunun və Asan Xidmətin birgə həyata keçirdiyi GəncLİK Proqramı haqqında danışıldı. Proqram haqqında məlumat verildikdən sonra təşkilatın sədri Vəfa Xəlillinin proqrama seçilmiş 30 nəfər gəncdən biri olduğu tədbir iştirakçılarına bildirildi.

Tədbirdə iştirak edən rəsmi qonaqlar Tural Nağıyev-Zərtdab RİH-nin məsul işçisi, İlkin Əliyev- Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi, Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi çıxışlar etdilər, layihənin əhəmiyyətindən, ölkədə vüsət alan könüllülük hərəkatınaregion gənclərin bu layihə sayəsində böyük töhvə verə biləcəklərindən danışdılar.

Daha sonra könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olundu, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olundu. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcəyi iştirakçıların nəzərinə çatdırıldı.
Tədbirdə 50 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu.

 

Vəfa Xəlilli

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !