Qırğızıstanın opera ulduzu Bakıda çıxış edib - + FOTO=54 (Rüstəm Fərman - AZpress.AZ)

Qırğızıstanın opera ulduzu Bakıda çıxış edib + FOTO=54 (Rüstəm Fərman - AZpress.AZ)

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş edilib.

Səhnə əsərində əsas partiyalardan biri - Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edib.

Operada digər rolları sənət ocağının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, solist Nina Makarova canlandırıb.

Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli “Humay” mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !