Həci üçün əməliyyat olunan Samirə: Gözü kənara baxmasın deyə, məcbur oldum -

“Həci” üçün əməliyyat olunan Samirə: “Gözü kənara baxmasın deyə, məcbur oldum”

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi meyxanaçı Samirə Yusifqızı olub.

Missiya.Az xəbər verir ki, əməliyyat olunan xanım meyxanaçı bunu sevdiyi şəxsə görə etdiyini deyib:


"Bu əməliyyat birincidir, sonuncu deyil. Daha 3 əməliyyat olacaq. Azərbaycan şou-biznesinə tamam fərqli bir obrazla gələcəm. Heç kim məni tanımayacaq. Məni istəməyənlərin acığına daha da gözəl olacağam. Həyatımdakı insan məcbur etdi ki, onun yanında yaxşı görünüm. Məcburam.

Qoy gözü kənara baxmasın. Bütün gözəllikləri məndə görsün. Əməliyyat olunduğumdan xəbəri var, amma icazə almamışam. Özüm-özümün ağasıyam. Mənə o vaxt söz deyə bilər ki, məni nəsə ilə təmin etsin. Ürəyim nə istəyir edirəm. Ona xoş deyil, yaxşı yol.

İnciyir incisin, gözüm aydın. Sonra özü gəlib barışacaq. Heç ona ehtiyacım da yoxdur. Bundan sonra başqa cür həyat yaşayacağam. İnsanlara qarşı sərt olacağam. Heç kəsi yaxın buraxmayacağam. Qurtardı”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !