Sumqayıt Dövlət Dram Teatrında duyğulu anlar yaşandı... - + FOTO=2

Sumqayıt Dövlət Dram Teatrında duyğulu anlar yaşandı... + FOTO=2

Sumqayıt Dövlət Dram Teatrı hər zaman həm kreativ layihələri ilə, həm də
dövlətçilik, azərbaycançılıq, Azərbaycan məfkurəsinə xidməti ilə önəmli işlər
görmüş və fərqlənmişdir. Uğurlu layihələrdən biri də mütəmadi olaraq həftəsonu
tamaşalarının nümayişidir.
Oktyabr ayında anşılaqla keçən həftəsonu tamaşalarından “Ocaq”-ın
nümayişində duyğusal məqamlar yaşandı. Teatr kollektivi tamaşa bitdikdən sonra
səbrsizliklə oğlunun hərbi xidmətini ləyaqətlə başa vurub doğma Sumqayıta
gəlişini gözləyən Əsgər Anasına surpriz etdi. Vətənə xidmətdən qayıtdıqda məhz
teatrda, anasının mədəni istirahətini keçirdiyi məkanda ona bu həyacanlı, sevincli
anları yaşatmaq istəyən Azərbaycan Əsgərinin bu addımı hər kəs tərəfindən
alqışlandı.
Qeyd edək ki, 6 oktyabr nümayiş olunan Turqut Özakmanın “Ocaq”
tamaşası psixoloji dram olsa da tamaşa sonunda baş tutan əsgərin anası ilə
görüşü tamaşaçılarda təbəssüm dolu duyğu yaratdı.
Teatr rəhbərliyinin bu addımı bir daha sübut etdi ki, teatrın qayəsi təkcə
insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək,
maarifləndirmək, hər zaman Vətən və torpaq duyğusunu, Vətən andını sədaqətlə
qoruyub dövlətin yanında olmaqdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !