Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanılmışdır - + FOTO=6

Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanılmışdır + FOTO=6

Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə
yaşayan gənclər üçün Gənclər Fondu tərəfindən “Səyyar Gənclər Xidməti”
layihəsinə başlanıldı.
Layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera
mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə
dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir.
Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən
ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün
ərzində müxtəlif tədbir keçirir, xidmətlər göstərirlər.
Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, onların daim dövlət
qayğısı ilə əhatə olunması Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ və həyata keçirdiyi dövlət
siyasətinin əsas tərkib hissəsidir. Bu gün dövlət başçısının təşəbbüsü ilə
istər məşğulluq və sahibkarlıq, istər təhsil və təcrübə, istərsə də beynəlxalq
təmsilçilik sahələrdə gənclərə yönəlik xüsusi proqramlar həyata keçirilir,
onların fərdi inkişafı, əlavə bilik və səriştələrə yiyələnmələri üçün əməli
tədbirlər görülür. “Səyyar Gənclər Xidməti” cənab Prezidentin bu
istiqamətdə yaratdığı imkanların ucqar kəndlərdə yaşayan gənclərə
təqdimatı və icrasına yönəlmiş növbəti layihə kimi çıxış edir.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin
artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı
maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün
genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir.
Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman
yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər
üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə

təhsil, məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar
nümayiş olunur.
Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət,
natiqlik və digər mövzularda qrup təlimləri keçirilir. Bununla yanaşı,
həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil edilir.
Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş
etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə
hədiyyələri ilə mükafatlandırılıb.
Layihənin ilkin mərhələsində Qazax, Şəmkir və Biləsuvar
rayonlarında, ümumilikdə, 16 kəndə səfər edilməsi və 2000-dən artıq
gəncin əhatə olunması planlaşdırılır.
Bu günə qədər Qazax rayon Daş Salahlı, Çaylı, Birinci Şıxlı, İkinci
Şıxlı və Yuxarı Salahlı kəndləri, Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı
Seyfəli, Ağlavaşlı, Təzəkənd və Düyərli kəndləri, Biləsuvar rayonunun isə
Xırmandalı, Ağalıkənd, İsmətli və Bağbanlar kəndlərində səfərlər
keçirilimişdir.
Qeyd edək ki, “Səyyar Gənclər xidməti” hazırda Biləsuvar rayonunda
təlimləri davam etdirir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !