TÜRKSOY-un "Onur" medalı ilətəltif olunmuş azərbaycanlı - +FOTO=1

TÜRKSOY-un "Onur" medalı ilətəltif olunmuş azərbaycanlı +FOTO=1

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hidayət Orucov türk dünyası mədəniyyətinə əvəzsiz xidmətlərinə görə Uluslararası Türk Mədəniyyəti Təşkilatının (“TÜRKSOY”un) ən yüksək mükafatına – “Onur” qızıl medalına laiq görülüb.

AZpress.AZ-ın Qırğızstanın xəbər agentliklərinə istinadən bildirir ki, qızıl medalı “TÜRKSOY”un 7 dildə nəşr etdiyi şairin “Günaydın, Türk Dünyası" şeirlər toplusunun təqdimat mərasimində Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov təqdim edib.
Alıkul Osmonov adına Qırğız Respublikasının Milli Kitabxanasının böyük salonunda baş tutan təqdimat mərasimində QR Prezident Aparatının və Hökumətinin rəsmiləri, Joqorku Keneşin (Parlamentin) deputatları, səfirlər və digər diplomatlar, ictimai xadimlər, ziyalılar, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Qırğızstanın TÜRKSOY-dakı daimi nümayəndəsi, xalq şairi Kojageldi Quluyev, Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, QR Prezidentinin Joqorku Keneşdə nümayəndəsi, Prezident Aparatının rəhbərinin müavini Kurmanbek Diykanbayev, Milli Kitabxananın direktoru professor Ulduz Bakaşova, Qırğızstanın müstəqillik aktını qəbul etmiş “əfsanəvi” parlamentinin (Qırğızstanda bu parlamenti belə adlandırırlar) spikeri Medetkan Şerimkulov, Rusiya Federasiyasının Qırğız Respublikasında səfiri Nikolay Udoviçenko, Qırğızstanın xalq yazıçısı Mar Bayciyev, xalq şairi Omor Sultanov, Qırğızstan Xalq Assambleyası Şurasının sədri akademik Abdıqanı Erkebayev, şair, tərcüməçi Jediger Salayev, Qırğızstan Milli Yazıçılar Birliyinin sədri Nurlanbek Kalibekov, Türkiyənin Qırğızstanda Səfirliyinin mədəniyyət və məlumat müşaviri Nuri Şimşekler, Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının direktoru Yevqeni Kuznetsov türk xalqlarının mədəniyyətlərinin təbliğində, qarşılıqlı zənginləşməsində əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
Tədbirdən sonra Milli Kitabxananın foyesində Hidayət və Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov yazıçının yaradıcılıq yollarını əks etdirən sərginin açılış lentini kəsiblər. Sərgidə Hidayətin müxtəlif dillərdə nəşr olunmuş çoxsaylı kitabları ilə yanaşı, Azərbaycanın digər görkəmli yazıçılarının əsərləri, həmçinin tariximizi, ölkəmizin həqiqətlərini, mədəniyyətini əks etdirən kitablar yer alıb.
Hidayət Orucov hazırda Azərbaycanın Qırğızıstandakı səfiri postunda çalışır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !