Kontrabas tragikomediyası nümayiş olundu - + FOTO=25 ( Rüstəm Fərman - AZpress.AZ)

“Kontrabas” tragikomediyası nümayiş olundu + FOTO=25 ( Rüstəm Fərman - AZpress.AZ)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Zyuskindin “Kontrabas” tragikomediyası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edib.
“Kontrabas” XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi rejissora imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.

 

Fotolar Rüstəm Ismayılovundur.

 

Foto-müxbir: Rüstəm İsmayılov +99 451 520 22 00
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !