Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir - + FOTO=85 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir + FOTO=85 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

5 oktyabr 2019-cu il tarixdə saat 11:00 –da Ağcabədi rayonu “ Qızıl Saray “ Şadlıq Sarayında “5
oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi Rayon
İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov , hüquq mühafizə orqanlarının rəhbərləri  ,məktəb
direktorları və müəllimlər iştirak etmişdir.
   Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər
Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
   AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbir “Qızıl Saray“ Şadlıq Sarayında davam
etdirilmişdir.Tədbiri RİHB-nın müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə
Mustafayeva  açıq elan etdikdən sonra ,Azərbaycan Respublikasının Dövlət himni səsləndi .Daha
sonra rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov  çıxış edərək bütün müəllimləri  təbrik etdi və
ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.
   Daha sonra  Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir
iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək
işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi,
ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə
bayramını qeyd edirlər.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi
mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün
qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair
qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü
isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər
günü kimi qeyd olunur.Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim
ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər
zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Bu gün dövlət rəhbərimiz
İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha müəllimləri təbrik etdi,
təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər
yetişdirməyi arzuladı.
  Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixli
Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı  ilə təltif olunan Qaravəlli kənd tam orta məktəbin
coğrafiya müəllimi Sadıqov Əli Bəhrəm oğlu bu ada layiq görüldüyü üçün Cənab Prezidentə öz dərin
minnətdarlığını bildirdi və fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti
Başçısının fəxri fərmanı və hədiyyələr verilmişdir.
  Tədbirin bədii hissəsində  sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldar
qızının aparıcılığı ilə "Məhəbbətim " musiqi ansamblının ifasında şən musiqilər incəsənət ustalarının
oxuduqları mahnı və duetlər, Üzeyir Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin şagirdlərinin
rəqs nömrələri şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi
proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !