Nazir bu şöbənin 3 vəzifəli işçisini işdən çıxartdı -

Nazir bu şöbənin 3 vəzifəli işçisini işdən çıxartdı

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

AZpress.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bundan öncə APA polis mayoru Qulu Qüdrət oğlu Quliyevin 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edildiyini bildirmişdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !