Polisdən iki rayonda əməliyyat: Həbs olunanlar var -

Polisdən iki rayonda əməliyyat: Həbs olunanlar var

Kürdəmir rayonunda əməliyyat keçirilib.

AZpress.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının şəhər ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Mikayılovdan 6 qrama yaxın, evindən isə 40 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi A.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5,5 qram, evindən 53 qrama yaxın və qeydiyyatda olduğu Muradxan kəndindəki evdən isə 305 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Ə.Sadıqovun idarə etdiyi "Chevrolet" markalı avtomobilindən 88 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !