Kəlbəcər İstisuyunun Memarı: Dmitri Aleksandroviç Dubov - - Faiq İsmayılov yazır +FOTO=24

Kəlbəcər İstisuyunun Memarı: Dmitri Aleksandroviç Dubov - Faiq İsmayılov yazır +FOTO=24

Dünyalarca məhşur Kəlbəcər İstisu müalicə mərkəzi keçən əsrin ortalarından
istismar edilməyə başlanmışdı. Beləki burada 150 yerlik mehmanxana, müalicə
korpusu inşa edilmişdir. "İstisu" bulağı ətrafında binalar1928-ci ildə uşaq bağçası
orta məktəb və 3-4 mərtəbəli yaşayış binaları inşa edilmişdi.
İstisu müalicə mərkəzindəki müalicə korpuslarının və mehmanxananın layihə
rəhbəri memar Dmitri Aleksandroviç Dubov olub.

 

 

 

 

 

 

 

 

1897 – 1960

 

Dubov D.A. Bakıda anadan olub Leninqrad (Sant-Peterburq) İnşaat Mühəndisləri
İnstitunu bitirərək öz doğma şəhərinə qayıdıb və Azərbaycan Politexnik İnstitunda
müəllim kimi əmək fəaliyyətinə başlayıb. O, yaşadığı dövrdə 80-dən çox müəllifi
olduğu Layihə həyata keçirib o cümlədən 1938-ci ildə Şamaxı Şərab zavodunun,
1945-ci ildə Krımda Kino işçiləri Müalicə Mərkəzinin (Sanatoriya), 1950-ci ildə
Mingəçevir şəhər klubunun, 1952-ci ildə İsti-su Mehmanxanasının və 1952-ci ildə
İsti-su Müalicə Korpusunun Layihə rəhbəri olmuşdur.

 

 

 

 

 

 

 

 

Şamaxı Şərab zavodu

 

 

  Mingəçevir şəhər klubu

 

 

 

 

 

 

İsti-su Müalicə Korpusu



 

 

İsti-su Mehmanxana

 

 

 

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu
sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu
mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması
nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu
sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox
digər xüsusiyyətlərinə görə dünyada yeganədir.


İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr
suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel,
maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8
metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963
mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir.
Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq
suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.
İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq
quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61
dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji
xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.


1993-cü ildən Ermənistan Silahlı qüvvələri tərəfindən dağıdılan İsti-su Müalicə
Korpusu unikal Memarlıq üslubuna malik idi.

 

 

 

 

 

Faiq İSMAYILOV 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !