Digital Youth Hub layihəsi təqdim olunub - + FOTO=12

Digital Youth Hub layihəsi təqdim olunub + FOTO=12

Digital Youth Hub rəqəmsal sahəyə həvəsi, qabiliyyəti və potensialı olan
gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır.
Layihə gənclərin rəqəmsal marketinq sahəsində dövlət və özəl qurumların
tələblərinə uyğun şəkildə yetişdirilməsini və əmək bazarına qazandırılmasını
qarşıya məqsəd olaraq qoyub
Layihənin keçirilməsi üçün əsas istinad nöqtəsi cənab Prezident İlham
Əliyev tərəfindən qəbul olunan gənclərin məşğulluğu siyasəti istiqamətindəki
qərarlardır. Buna əsaslanaraq dövlət tərəfindən dəstəklənən və onun gənclər
siyasətini həyata keçirən qurumların maliyyəsi hesabına təşkil olunacaq layihənin
keçirilməsi olduqca önəmlidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu
və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Bakı Gənclər
Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.
Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olmuş və onlar arasından
150 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunmuşdur.
Daha sonra onlar arasından seçilən iddialı 80 nəfər gənc müsahibənin ikinci
turunda iştirak edərək layihədə iştirak üçün bacarıqlarını bir daha nümayiş
etdirmişdir. Nəticədə müraciətlər arasından seçilən 54 nəfər gənc üç ay ərzində
nəzəri və praktiki cəhətdən rəqəmsal marketinqin sirlərinə yiyələnəcəkdir.
Layihənin nəzəri hissəsində öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən
20 təlim keçiriləcəkdir. Daha sonra isə iştirakçılar dövlət və özəl qurumlarda iki
həftə təcrübə prosesində iştirak edərək əldə etmiş olduqları nəzəri bilikləri real iş
mühitində görəcək və prosesin birbaşa iştirakçısına çevriləcəklər. Sonda iştirakçılar
layihəni uğurla başa vurmaq üçün iştirak edəcəkləri komandaları ilə birlikdə
kampaniya hazırlayaraq təqdim edəcəklər. Beləliklə, prosesi bütün mərhələləri ilə
yaşayan və komanda işində iştirak edən iştirakçılar əmək bazarında dövlət və özəl
qurumların tələblərinə cavab verəcək bacarıqlar əldə edəcək, eləcə də özlərini
inkişaf etdirməyin yollarını kəşf etmiş olacaqlar.
Qeyd edək ki, layihənin açılışı iştirakçılar və təlimçilərin tanışlığı, layihənin
təqdimatı və müzakirələrin fonunda baş tutmuş, tərəfləri qarşıda gözləyən
məsələlərə bir daha aydınlıq gətirilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !