Qəzəbli kürəkən qayınatasını və xanımını güllələdi -

Qəzəbli kürəkən qayınatasını və xanımını güllələdi

Bu ilin mart ayında Gəncə şəhərində həyat yoldaşı və qayınatasını güllələyərək öldürən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilən 29 yaşlı Məsim Məmmədov Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məhkum edilən və apelyasiya instansiyasında müraciəti rədd edilən M.Məmmədov Ali Məhkəmədən hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, mart ayında Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. Hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib. 1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsidə olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Məlumata görə, kürəkəni tərəfindən qətlə yetirilən şəxs tanınmış həkimdir. Həyat yoldaşı tərəfindən öldürülən 27 yaşlı İlahə Əkbərova isə onun yeganə övladıdır

Qızı ilə birlikdə qətlə yetirilən 62 yaşlı Namiq Əkbərov Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasında həkim işləyib və Gəncədə böyük nüfuza malik olub. Həyat yoldaşı tərəfindən öldürülən 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızı isə onun yeganə övladıdır. O, təzəcə ailə qurubmuş. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !