Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - + FOTO=40

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olundu + FOTO=40

Abşeron rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə
bayram tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xırdalan şəhərinin mərkəzində
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri
düzüblər.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri peşə bayramı
münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Təhsilin inkişafı və onun
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət
siyasətinin real nəticələrindən danışan başçı Abşeron rayonunda təhsillə bağlı
görülən işlər barədə söz açıb. Məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm
işlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova son illərdə rayonda bir neçə
məktəbin əsaslı təmir olunduğunu, yeni məktəb və bağçaların tikilib istifadəyə
verildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Xanım başçı qeyd edib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə
Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun müəllimlərindən olan
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Əliyev Firudin İsmayıl oğlu
"Tərəqqi” medalı, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin müəllimi
Həsənova Ərkinaz Paşa qızı "Əməkdar müəllim” fəxri adı, Təhsil Nazirliyinin
əmrinə əsasən Təhsilin inkişafında fərqləndiyinə görə Xırdalan şəhər 3 nömrəli
tam orta məktəbin müəllimi Abdullayeva Xatirə Şamil qızı və Masazır qəsəbə 1
nömrəli tam orta məktəbin müəllimi Quliyeva Bilqeys Qüdrət qızı “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı , Görədil kənd 1 nömrəli tam orta
məktəbin müəllimi Heydərova Rəmziyyə Mehdi qızı isə “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüblər.
Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova son illərdə
Abşeronda təhsil sahəsində qazanılmış uğurlardan, yeni məktəb binalarının
tikintisindən ətraflı söhbət açıb, təhsil işçilərinin sosial müdafiəsinin
möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Respublikanın əməkdar müəllimi, rayon Ağsaqqallar şurasının sədri Nadir
Ağayev, Bakı Mühəndislik Universitetin rektoru, professor Havar Məmmədov,
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Ruxsarə Əliyeva və
digərləri çıxış edərək Abşeron müəllimləri adından Azərbaycan təhsilinə
göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Sonda icra başçısı İ.Gülməmmədova tərəfindən təhsilin inkişafındakı xidmətlərinə
görə bir qrup müəllimə fəxri fərmanlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !