Əqli Mülkiyyət Agentliynin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir - + FOTO=5

Əqli Mülkiyyət Agentliynin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir + FOTO=5

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
(ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edən
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin
ÜƏMT-nin Keçid və inkiaf etmiş ölkələr departamentinin rəhbərliyi ilə görüşü
olub.
Nümayəndə heyətinin rəhbəri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin
sədri Kamran İmanov tədbirin açılışında ölkəmizin ÜƏMT ilə əməkdaşlığının
uğurla inkişaf etdiyini bildirib, əqli mülkiyyət sahəsinin ölkəmizin
iqtisadiyyatının inkişafına, xüsusən də investisiyaların cəlb olunması
prosesinə, həmçinin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına
müsbət təsirlərini vurğulayıb.
Müasir dövrün gündəliyinə təsiri ilə seçilən innovativ inkişafda süni
intellekt mövzusuna toxunan Agentliyin rəhbəri ÜƏMT ilə əməkdaşlığın
perspektiv istiqaməti kimi bu fenomenin əqli mülkiyyət sahəsində praktiki
tətbiqinin əhəmiyyətini xüsusi qeyd edib və bununla əlaqədar birgə tədbirin
keçirilməsini təklif edib.
ÜƏMT-nin Keçid və inkiaf etmiş ölkələr departamentinin direktoru Mixal
Şvantner Azərbaycanın beynəlxalq əqli mülkiyyət sistemində aparılan bütün
müzakirələrdə yaxından iştirak etdyini qeyd edərək, ikitərəfli əməkdaşlığın
yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
Öz növbəsində həmin şöbənin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa
ölkələri sektorunun müdiri İlya Qribkov qeyd edib ki, ÜƏMT və Azərbaycan
arasında sıx məkdaşlıq qurulub və tərəflər bir neçə birgə layihənin həyata
keçirilməsi üzərində iş aparırlar.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Cenevrədəki BMT
Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif
Sadıqov bu əməkdaşlığın göstəricisi kimi ÜƏMT-nin Baş direktoru Frensis
Qarrinin son illərdə iki dəfə Azərbaycanda rəsmi səfərdə olmasını diqqətə
çatdırıb. “Azərbaycanda həyata keçirilən geniş sosial-iqtisadi islahatlar
çərçivəsində əqli mülkiyyətin xüsusi rolu həmişə qeyd edilmişdir. Və ÜƏMT ilə
ölkəmizin sıx əməkdaşlığı bu islahatların həyata keçirilməsinə mühüm töhfə
verir”, - deyə o, bildirib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair praktiv məsələlər də
müzakirə edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !