Hz İsa qəbrdə yatanı dirildir,bəzi şeylər mənə məntiqsiz gəlir Vüsalə Vətənxan. -

“Hz İsa qəbrdə yatanı dirildir,bəzi şeylər mənə məntiqsiz gəlir”Vüsalə Vətənxan.

Doğrusu mən də mədrəsə bitirmişəm, dini təhsilim və az-maz inancım var. Eyni zamanda fəlsəfi kitabları da çox sevirəm, fəlsəfə klubunda da iki il fəaliyyətim olub və astroloji və arxeoloji tarixlə geniş maraqlanıram. "İran yapımı" olan hz İsa filmində hz İsanın ölünü diriltməsi səhnəsi doğru ifadələrlə səsləndirilməyib məncə, ya da məlumat mənbəsi doğru deyil. Bəzi şeylər mənə məntiqsiz gəlir. Hz İsa qəbrdə yatanı dirildir, soruşur ki kimsən deyir ki hz Nuhun oğlu Samam. Sonra deyir ki sən mənim adımı çəkəndə elə bildim qiyamət günüdü oyandım. Bir də ki İsa onu dirildib soruşur ki təkrar yaşamaq istərmisən? O da deyir ki məni qaytar, təkrar ölümü dadmaq istəmirəm onsuz da dirilmisən də ikinci dəfə qaytarsa yenə öləcəksən. Sözüm o deyil, düşünsək ki hz İsa camaatın gözünə pərdə çəkib materializmdə ölünün dirilməsi bir gecədə ola bilməz nə də ki ayın ikiyə bölünməsi nə də günəşin əksdən çıxması filan... hər nə qədər təsəvvüf kimi həqiqətlər olsa da maddələrlə yaşayırıq, mistik hadisələrin zamanı yoxdu sadəcə bəsirət gözüylə köklənib ətrafındakıları da konsantre edir onlar da nəsə görürlər qeybi hadisələri filan, hətta hiss edirlər. Amma bu həqiqətən yeri qazdı kimisə çıxartdı deyə bir şey yoxdu orda arxeoloq olsaydı torpağı incələyib baxsaydı bəlkə də görərdi ki ora heç illərlə toxunulmayıb. Peyğəmbərlər də ən böyük sahirlərdilər. Allahın elmi eynidi, icazəli və ya icazəsiz. Peyğəmbər olmayan biri bunu edəndə tutub torpağa basdırırdılar. Zülkifl həbsdən çıxanda onunla birgə 40 peyğəmbər də çıxmışdı. Sonra onlara sahir adı verdilər ..nə isə uzun sözün qısası mistik hadisələrin real olması üçün gərək əsrlər keçsin. Necə ki yer üzü əsrlərlə eralarla böyük partlama zamanı ərsəyə gəlib və buna Qurani kərimdə 6 gündə yaratdıq deyilir. Eləcə də günəşin əksdən çıxması üçün saniyələr durmalı, plank geriləməli və həyat durmalıdı ki bu da əsrlər çəkə bilər, və nəzərə alsaq ki dünya səması genişlənmədədi, samanyolu qalaktikasından 10 milyardlarla işıq ili məsafəsində olan 7 qat səma troposferdən 8ci qatadək olan fəza qurani kərim əsasında təhlil edilmiş eləcə də astrofizik Edvin Hablın Dopler qanunu əsasında fəzanın genişlənmədə olduğu bariz görülüb, milyon əsrlər sonra sutkada 25 saat olacaq və bu genişlənmə xətti ilə plankın geriləməsi mövcud görünmür və üstəlik nəzərə alsaq ki yer bircə saniyə belə dayansa günəş onu yandırıb külə döndərər, bu baxımdan günəşin əksdən çıxmasını görmək də mistikadı ya da görməyəcəyik, bəlkə də görsək belə maddi aləmə heç bir aidiyyatı olmayacaq.
Vüsalə Vətənxan 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !