BDU-nun rektoru Qazax filialında olub - + FOTO=4

BDU-nun rektoru Qazax filialında olub + FOTO=4

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin Qazax filialında
olub, kollektivlə görüşüb, tədris müəssisəsinin maddi-texniki vəziyyəti ilə maraqlanıb.
Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət
Universitetinin Qazax filialı kimi fəaliyyətə başlayan təhsil ocağında 31 dərs auditoriyası,
2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər
tədris vasitələri tələbələrin ixtiyarındadır.  Filialda çalışan 179 əməkdaşdan 95 nəfəri
professor-müəllim heyətidir. Əməkdaşlardan 3 nəfər professor, 20 nəfər elmlər
namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.
Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub, 17
ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.
Rektor Elçin Babayev filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki
bazası ilə yaxından tanış olub, rəhbərlik və professor-müəllim heyəti ilə geniş söhbətlər
aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb. Rektor filialın
inkişafı üçün lazımi işlərin görüləcəyini bildirib və gələcək inkişaf perspektivləri haqqında
məlumat verib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !