"Məndə sığar iki cahan..." adlı internet müsabiqə Xətai Sənət Mərkəzində kecirildi - +FOTO=76 ( AZpress.AZ - Mahir Əhmədov )

"Məndə sığar iki cahan..." adlı internet müsabiqə Xətai Sənət Mərkəzində kecirildi +FOTO=76 ( AZpress.AZ - Mahir Əhmədov )

3 oktyabr 2019 ildə MDB iştrakçı dövlətlərinin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı internet müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Xətai Sənət Mərkəzində kecirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Gənglər və idman Nazirinin müavini İntiqam Babayev açaraq tədbirə qatılanları və tədbir iştirakçısilarını salamladı.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan, Türkmənistan, Estoniya və Türkiyədən gələn gənclər tutduqları yerlərə görə və iştrakına görə mükafatlandıridi
layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi, MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin geniş kütləsinə öz yaradıcılıqlarını nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılmasıdır.
Nəzərinizə çatdıraq ki,Müsabiqədə iştirak etmək üçün 2000-dən çox iştirakçı öz işini təqdim etmiş, onlardan 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekunlarına həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün seçilmişdir. Münsiflər heyətinin seçiminə əsasən müsabiqənin 4 nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq; foto; kompyuter qrafikası; instalyasiya) qalibləri də müəyyən edilmişdir. Müsabiqənin şərtlərinə əsasən qaliblərin Bakıya səfəri nəzərdə tutulmuşdur və xaricdən gələn qaliblər müsabiqəyə qatildilar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !