Asayişi pozan şəxsdən POLİS MAYORUNU... -

Asayişi pozan şəxsdən POLİS MAYORUNU...

Mingəçevirdə polis bıçaqlanıb.

AZpress.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.

Onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk ediblər.

R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !