Amerikada görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir - (+FOTO=4)

Amerikada görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, 28 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Amerikanın Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirin açılışında “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, əməkdar artist Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, İ. Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib. Konser proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb.

Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən İ.Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N. Əliyarovanın ifasında Q. Qarayev “7 gözəl baletindən parçalar”, F. Sücəddinov “Vətən” balladası və s. əsərlər səsləndirilib.

Nyu-Yorkda Azərbaycanın dahi şairi İ.Nəsimi 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi Azərbaycan mədəniyyətinin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !