Özbəkistanın Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir keçirilib - + FOTO=19

Özbəkistanın Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir keçirilib + FOTO=19

Tədbirdən öncə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın
rəhbərliyi ilə nümayəndə heyəti Margilan şəhərindəki Yaradıcılar parkında olub, Xalq
şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-
çiçək dəstələri qoyub.
Azərbaycandan gələn qonaqlar parkdakı “Erkin Vahidov” muzeyi, sonra Erkin
Vahidov adına Yaradıcılıq məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə
yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır və Məktəbdə
müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.
Erkin Vahidov adına Yaradıcılıq məktəbində təşkil olunan tədbirdə çıxış edən
Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova iki xalq
arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə
görülən işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin
Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar
aşdığını söylərib.
Millət vəkili Qənirə Paşayeva çıxışında Özbəkistanda özünü Azərbaycandakı kimi
hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirib. O, ikitərəfli qardaşlıq əlaqələri,
ədəbiyyat sahəsində əməkdaşlıq, Səməd Vurğunla Qafur Qulamın, digər şair və
yazııçılarımızın yaradıcılıq əlaqələrini örnək kimi qeyd edib.
Deputat vurğulayıb ki, böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini özünün
ustadı hesab edib və ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yaradan ilk şair kimi düşüb.
Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət
açıb, Özbəkistanın bu məsələdə ədalətli mövqeyini vurğulalyıb və bunun üçün ölkə
rəhbərlərinə minətdarlığını bildiirib.
Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları
arasında əlaqələrin yaradılması və inkişafından danışıb. Qeyd edib ki, məktəblərimizin,
universitetlərimizin əlaqələr yaratması gələcəkdə tərəflər üçün daha faydalı ola bilər.
Belə ki, azərbaycanlı uşaqlar Özbəkistanın, özbək şagird və tələbələri isə Azərbaycanın
tarixini, mədəniyyətini, ədəbiyyatını öyrənmək imkanı əldə edə bilərdilər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən danışıb, Azərbaycanda və
Özbəkistanda keçirilən Beynəlxalq Muğam, Aşıq Festivallarında hər iki tərəfin aktiv
iştirak etdiyini, xalqlarımızı birləşdirən muğam sənəti, aşıq sənəti, Novruz bayramı, milli
mətbəximiz haqqında məlumat verərək, milli mədəni irsimizin dünyaya təbliğ edilməsi
istiqamətində xeyli iş görüldüyünü bildirib. Natiq Heydər Əliyev Fondunun, Mədəniyyət
Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini
qeyd edib.
Tədbirdə iki ölkə dostluğuna həsr olunmuş və Margilan məktəbliləri tərəfindən
hazırlanmış bədii kompozisiya təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !