BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib - + FOTO=8

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib + FOTO=8

Bakı Dövlət Universitetinin 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd edilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun rektoru Elçin Babayev,
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları, filialın müəllim-tələbə
kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül
dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını, müəllim və tələbələri Universitetin
yaranmasının 100 illiyi münasibətilə təbrik edib. A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı
il tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali tədris müəssisəsində
universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun olaraq
qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən
tədbirlərdən danışıb.
Rektor Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar
hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycanda milli təhsilin əsaslarının
yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının və
yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz
açıb, onun Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı
naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Bakı Dövlət
Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə
zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil
ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd
edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğulayıb.
Rektor, eyni zamanda, Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın
mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik
yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının filialının Qazaxda fəaliyyət göstərməsini
Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100
illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamda universitetin tarixini və
fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən dəyərdir. İcra
başçısı onu da qeyd edib ki, filialın gündən-günə inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə ictimai
həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax
rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin
nümunəsidir.
Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs
tələbəsi Səbinə Camalova çıxış ediblər.
Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən
yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !