8 yaşlı uşağın üstünə benzin töküb yandırdılar... -

8 yaşlı uşağın üstünə benzin töküb yandırdılar...

5-ci sinif şagirdləri 8 yaşlı uşağın üstünə benzin töküb yandırdılar...

Rusiyanın Nijeqorod şəhərində qeydə alınmış hadisə bütün Rusiya məktəblərinə həyəcan təbili olub.


AZpress.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdlərindən biri məktəbə əlində benzin dolu qabla gəlib. Daha sonra o tənəffüsdə məktəbdən kənarda oynayan 8 yaşlı uşağın üstünə benzin tökərək ona od vurub. Uşağın yandığını görən xuliqanlıq etmiş beşinci sinif şagirdləri kömək eləmək əvəzinə öncə gülüb, sonra onu tək buraxıb qaçıblar.

Yanan uşağın köməyinə yoldan keçənlər çatıblar. Onun əl və ayaqlarının ağır yanıq xəsarəti aldığı bildirilir.

Aparılan araşdırmalar nəticəsində insidenti yaradan uşaqlar aşkarlanıblar. Məktəb direktorunun dediyinə görə, 8 yaşlı uşağı yandırmaq ideyası verən şagird əslində pis uşaq deyil, sadəcə heç kimin ağlına onun bu dərəcədə amansız ola biləcəyi gəlməyib. Hazırda məsələ ilə bağlı valideynlər istintaqa cəlb olunublar. Araşdırma gedir. Hadisəni törədən uşaq verdiyi ifadədə bunu əyləncə xatirinə etdiyini bildirib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !